Məğlubiyyətdən sonra sevinən məşqçi
17.09.2008 - 09:49
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Futbolçularımızın çox kədərli görünməsinə sevinirəm. Bu, o deməkdir ki, onlar nəyisə düzəltməyin vacibliyini dərk edirlər”. “APA-Sport”un məlumatına görə, bu sözləri İtaliyanın “Roma” klubunun baş məşqçisi Luçano Spaletti deyib. Çempionlar Liqasının ilk turunda öz meydanında Rumıniyanın ÇFR klubuna uduzan italiyalıların çalışdırıcısı oyunçularından narazı qalıb: “Rəqibimiz yaxşı oyun göstərdi. Lakin ikinci qolda onların bəxti gətirdi. Bundan sonra özümüzə inamı itirdik və güclü cəhətlərimizi göstərə bilmədik. Düşünürəm ki, fiziki və psixoloji cəhətdən problemlərimiz var. İkinci hissədə komandamdan daha çox şey gözləyirdim”.
0
0