Türkiyənin futbol klubu qarət olunub
17.09.2008 - 10:12
Bakı - APA-Sport. Türkiyə çempionatının 3-cü liqasının 3-cü qrupunda yarışan “Orhanqazispor” klubunun futbolçuları ötən həftə “Uşakspor” üzərində qazandıqları 10:0 hesablı qələbəyə çox sevinə bilməyiblər. “APA-Sport”un məlumatına görə, oyundan sonra soyğunçuluqla rastlaşan futbolçular şoka düşüblər.
Məsələ burasındadır ki, 10:0 hesablı tarixi qələbənin ardından “Orhanqazispor”un bazasına naməlum bir kişi gəlib. O, qarovulçuya özünü klubun yeni futbolçusu kimi təqdim edərək, otaqların açarlarını istəyib. Heç nədən şübhələnməyən qapıçı açarları verib və onun bazaya daxil olmasına maneçilik törətməyib. Həmin şəxs futbolçuların qaldıqları otaqlarda oğurluq edib.
Sonradan hadisə yerinə gələn polisin araşdırması zamanı bir neçə cib telefonunun və müəyyən məbləğdə pulun oğurlandığı ortaya çıxıb. Faktla bağlı istintaq aparılır.

0
0