Həm məyus, həm də qəzəbli
17.09.2008 - 10:21
Həm məyus, həm də qəzəbli
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Məyus olmaqla yanaşı, həm də çox qəzəbliyəm. Çünki “Anartosis”in müdafiəsini yarmağın çətinliyini əvvəlcədən də bilirdik”. “APA-Sport”un məlumatına görə, bunu Almaniyanın “Verder” klubunun baş məşqçisi Tomas Şaaf deyib. Almaniyalı mütəxəssis Çempionlar Liqasının ilk turunda Kiprin “Anartosis” klubu ilə qolsuz heç-heçə etməklərindən qəzəblənib: “Biz başqa nəticəyə ümid edirdik. Oyuna köklənməyin səviyyəsi qələbə qolunu vurmaq üçün kifayət etmədi. 5-6 qol epizodu yaratsaq da, konsentrasiyanın azlığı bundan yararlanmağa imkan vermədi. Belə müdafiəyə qarşı oynayanda gərək səbrli olub daim hücum edəsən. Bu halda qol imkanları mütləq olacaq. Sadəcə, bu epizodların qədrini bilməliyik”.
0