ÇFR UEFA kubokuna vəsiqə istəyir
17.09.2008 - 10:42
Bakı. Mehman Süleymanov – APA-Sport. “Biz çox az adamın inandığı nəticəni qazandıq. Üç xala layiq idik”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Rumıniyanın ÇFR klubunun baş məşqçisi Mauritsio Trombetta Çempionlar Liqasında (ÇL) “Roma”nı səfərdə məğlub etdikləri (1:2) oyundan sonra deyib. Trombetta bu uğurda komandanı ölkə çempionu edən İoan Andonenin böyük rolunun olduğunu söyləyib: “Biz “Roma”ya meydanda boş sahə vermədiyimizdən, onların özünəməxsus oyunu alınmırdı. Romalılar uzun ötürmələri aludə olması bizə sərf edirdi. Həmin vaxt başa düşdük ki, rəqibdə problemlər var və bu, bizə oyunun gedişində əlavə güc verdi. Heç kim İtaliyada qələbə qazanacağımıza inanmırdı. İndi qrupda 2-ci yeri tutsaq da, realist olmaq lazımdır. Məqsədimiz 3-cü yeri tutub, UEFA kubokuna vəsiqə qazanmaqdır”.
0
0