Karlosdan acı etiraflar
17.09.2008 - 10:44
Karlosdan acı etiraflar
Bakı. Kənan Həsənov - APA-Sport. “Portu” güclü komandadır. Kuarejmanın gedişi onlar üçün ciddi itki olsa da, rəqib “ev”də oynadığına görə favoritdir. Ancaq biz də qazanmaq üçün buradayıq. Çox çətin oyun olacaq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Roberto Karlos söyləyib.

Braziliyalı dünya çempionu komandasının Madrid “Real”ı ilə müqayisə olunmasına qarşı çıxıb. O, özünün də əvvəlki idman formasından uzaq olduğunu qeyd edib : “Bunlar fərqli klublardır. Mən də əvvəlki Roberto Karlos deyiləm. Hazırda 35 yaşım var və “Real”dakı kimi oynamıram”.

Qeyd edək ki, Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi olan “Fənərbaxça” bu gün “Draqao” stadionunda Portuqaliya çempionu “Portu” ilə qarşılaşacaq.
0