Ferqyussonu qəzəbləndirən qərar
17.09.2008 - 12:00
Ferqyussonu qəzəbləndirən qərar
Bakı. Kənan Həsənov - APA-Sport. “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson bərk qəzəblənib. “APA-Sport”un məlumatına görə, buna İngiltərə Futbol Assosiasiyasının qərarı səbəb olub. Şotlandiyalı mütəxəssis bu qurumun “Çelsi” klubunun kapitanı Con Terrinin cəzasını ləğv etməsinə etirazını bildirib: “Mən bunun necə mümkün olduğunu başa düşmürəm. Cəzalanan bizim oyunçumuz olsaydı, qərar qüvvəsində saxlanılacaqdı. Belə çıxır, hakimin qərarından narazı qalan kimi bu yola üstünlük vermək lazımdır”.
Qeyd edək ki, Terri komandasının “Mançester Siti” klubu ilə oyununda qırmızı vərəqə alaraq meydandan qovulub. Amma bu qərardan sonra müdafiəçi “Mançester Yunayted”ə qarşı növbəti görüşdə çıxış edə biləcək.
0