Bakıda Avropa kuboku başlanır
17.09.2008 - 13:20
Bakı. Aqşin Əliyev - APA-Sport. Sentyabrın 18-də start götürəcək çimərlik futbolu üzrə Avropa kuboku uğrunda yarışla əlaqədar bu gün AFFA-nın mənzil-qərargahında mətbuat konfransı keçirilib. “APA-Sport”un məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, Beynəlxalq Çimərlik Futbolu Federasiyasının məsul katibi Gabino Renales, milli komandamızın baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva və kapitan Elşad Quliyev iştirak ediblər.
Öncə çıxış edən Elxan Məmmədov turnirin keçirilməsinin zəruriliyindən danışıb. Baş katib bildirib ki, paytaxtımızda Avropa kubokunun təşkil edilməsində əsas məqsəd futbolun inkişafına dair Dövlət Proqramının müddəalarını yerinə yetirməkdir: “Ölkə prezidentinin imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nda çimərlik futbolu ilə bağlı maddələr var. Bunu nəzərə alaraq, Bakıda səviyyəli beynəlxalq turnir keçirmək qərarına gəldik. Beynəlxalq federasiya rəsmiləri ilə bu ilin iyulunda İspaniyanın Barselona şəhərində apardığımız danışıqlar müsbət nəticələndi”.
Məmmədov vurğulayıb ki, artıq ölkəmizdə ilk çimərlik futbolu stadionu tikilib: “AFFA prezidenti cənab Rövnəq Abdullayevin tapşırığına əsasən, 1 ay ərzində Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzində 1000 nəfərlik tamaşaçı tutumuna malik stadion inşa olundu. Bu, dünyada beton konstruksiyalı ikinci stadiondur. İlk belə stadion Braziliyada tikilib. Dünyadakı başqa stadionlar isə mobildir, yəni onlar yarışdan bir neçə gün öncə quraşdırılır. Beton konstruksiyalı stadion isə daha etibarlı hesab olunur”.
AFFA, bu qurumun baş sponsoru ARDNŞ və Gənclər və İdman Nazirliyi tərəfindən Avropa kubokuna qatılan bütün kollektivlərə - İtaliya, İspaniya, İsveçrə, İngiltərə və Norveçə zəmanət məktubu verilib. Ancaq Beynəlxalq Çimərlik Futbolu Federasiyasının məsul katibi Gabino Renalesin sözlərinə görə, Fransa və Portuqaliya yığmaları Gürcüstandakı gərgin siyasi vəziyyət ucbatından Bakıya gəlməkdən imtina ediblər: “Biz bu komandaların rəhbərliklərini məlumatlandırırdıq ki, Azərbaycan konfliktdən çox uzaqdadır, təhlükədən söhbət gedə bilməz. Lakin nə Fransa, nə də Portuqaliya Avropa kubokuna qatılmağa razılaşdı”. Renales adıçəkilən yığmaların cəzalandırılacağının istisna olmadığını söyləyib.
Qeyd edək ki, sabah başlanacaq yarışda 6 komanda 2 qrupda mübarizə aparacaq. Avropa kubokuna sentyabrın 21-də yekun vurulacaq.

0
0