Arda Turan məhkəməyə verildi
17.09.2008 - 13:48
Arda Turan məhkəməyə verildi
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının və “Qalatasaray” klubunun üzvü Arda Turan xoşagəlməz hadisə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, Meral Kural adlı vətəndaş yarımmüdafiəçini məhkəməyə verib. Xanım Kural bu addımını Ardanın telefonla onu təhqir etməsi ilə izah edib. O, eyni hadisənin bir neçə dəfə təkrarlandığını bildirib və “Qalatasaray”ın bazasına gedərək, Turanla görüşməyə çalışıb. Amma istəyi baş tutmayan Meral gənc futbolçudan məhkəməyə şikayət edib.
0