Hakan Şükür: “Linkoln parlaq günlərini geri qaytarmalıdır”
17.09.2008 - 15:07
Hakan Şükür: “Linkoln parlaq günlərini geri qaytarmalıdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyəli veteran futbolçu Hakan Şükür yeni təkliflər üzərində fikirləşir. “APA-Sport”un məlumatına görə, “Qalatasaray”la vidalaşan 37 yaşlı hücumçu karyerasını Asiyada davam etdirə bilər.

Belə ki, Hakan Türkiyə mətbuatına müsahibəsində Dubayda çıxış etmək variantını istisna etməyib: “Avropanın sayıb-seçilən klublarından olmasa da, maddi baxımdan çox cəlbedici təkliflər alıram. Bunlar arasında Amerika, Dubay və Qətər var. Yaxın olduğu üçün Dubay variantı daha ürəyimcədir. Bu təklifi də qəbul etməsəm, futbolçu karyeramı başa vurmağımla bağlı qərarı açıqlayacağam”.

Şükür doğma komandasında bir yerdə çıxış etdiyi Linkolna tövsiyələrini də çatdırıb: “Linkolnla hərdən görüşürük. Amma onu nəzərə alaq ki, “Qalatasaray” ona çox səbir göstərdi. Braziliyalı yarımmüdafiəçi bir az özünü toparlamılıdır. Bunun tezliklə baş verəcəyinə inanıram. Ümidləri doğrultmayan Linkoln tərəfdarlarının sevgisini tükəndirməmək üçün “Şalke”dəki parlaq günlərini qaytarmalı, “Qalatasaray”a faydalı olmalıdır”.
0