Adnan Polat “Fənərbaxça”nı borclu çıxartdı
17.09.2008 - 17:21
Adnan Polat “Fənərbaxça”nı borclu çıxartdı
Bakı. Kənan Həsənov - APA-Sport. “Galatasaray” tərəfdarlarını qane edəcək nəticə UEFA kubokunda finala yüksəlib titul qazanmaqdır. Turnirin həlledici oyunu da Türkiyədə keçiriləcək. Amma buna hələ çox var. İlkin vəzifə finaladək bütün sədləri aşmaqdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun prezidenti Adnan Polat söyləyib.

Türkiyənin ən titullu komandasının rəhbəri Əmrə Bələzoğlu ilə bağlı gündəmə gələn məsləyə də münasibətini bildirib: “İşimizi beynəlxalq qanunlara uyğun davam etdiririk. Biz də transfer etdiyimiz futbolçulara görə pul ödəyirik. “Fənərbaxça” da keçmiş futbolçumuz Əmrə üçün hesabımıza pul köçürəcək”.
0