Qol vur, vətəndaşlıq al
17.09.2008 - 17:44
Bakı - APA-Sport. Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Roma”nın qapısına iki qol vuran Rumıniyanın ÇFR komandasının argentinalı hücumçusu Xuan Kulio diqqət mərkəzinə düşüb. “APA-Sport”un məlumatına görə, “Roma” ilə qarşılaşmadan sonra Rumıniya Futbol Federasiyasının rəhbərliyi argentinalı legioneri “milliləşdirmək” niyyətindədir.
Federasiya prezidenti Mirça Sandu bildirib ki, Kulioya Rumıniya vətəndaşlığı verilməsi üçün lazımi sənədlər hazırlanır. Öz növbəsində gənc futbolçu Rumıniya yığmasının şərəfini qorumağa hazır olduğunu söyləyib: “Əgər baş məşqçi Viktor Pitsurka mənə dəvət göndərsə, bunu məmnuniyyətlə qəbul edəcəyəm”.
Qeyd edək ki, ÇFR Rumıniya klubları arasında heyətində ən çox legioner yer alan komandadır. Ötən mövsüm Kluj təmsilçisində 23 əcnəbi və cəmi 6 rumıniyalı futbolçu forma geyinib.

0
0