FİFA Azərbaycanı irəli çəkir
18.09.2008 - 10:17
FİFA Azərbaycanı irəli çəkir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. FİFA dünya çempionatının final mərhələsində çıxış edən Avropa komandalarının sayını azaltmaq istəyir. “APA-Sport”un məlumatına görə, beynəlxalq futbol qurumunun prezidenti Yozef Blatter seçmə mərhələnin reqlamentində dəyişikliyin olmasını vacib sayır.

Onun fikrincə, qitələrə ayrı-ayrılıqda yer verilsə, qeyri-avropalıların final mərhələsinə yolu açılar: “Bu problemi hökmən həll etməliyik. Avropaya final mərhələsində 13 yer verilir ki, bu da onların məsələn, yarımfinalda oynamaq şanslarını artırır. Avropalılar üçün final mərhələsində irəliləmək Asiya və cənubi amerikalılarla müqayisədə daha asan olur”.

53 Avropa ölkəsinin 13, eyni sayda Afrika təmsilçisinin cəmi 5 yer uğrunda mübarizə aparması Blatterin heç xoşuna gəlməyib. Mümkün variantlardan biri kimi, yaxın gələcəkdə seçmə mərhələnin qitələr üzrə qarışıq keçirilməsinə səbəb ola bilər. Belə olan halda, Azərbaycan milli komandasının Okeaniya və ya Karib hövzəsindən olan “cırtdan”larla seçmə oyunlarının keçirilməsi mümkündür.


0