Əmrə Araqonesi günahlandırdı
18.09.2008 - 10:56
Bakı - APA-Sport. “Portu” ilə oyunda buraxdığımız səhvlər bizə baha başa oturdu”. “APA-Sport”un məlumatına görə, bunu “Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Bələzoğlu deyib. 28 yaşlı futbolçu bildirib ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Portu”ya qarşı səfərdə keçirilən matçda (1:3) qələbə qazanmağa yaxın olublar.
“İkinci hissədə real qol epizodları yaratdıq. Əlverişli imkanlardan istifadə edə bilsəydik, qalib gələcəkdik. Rəhbərlik bizdən çox şey gözləyir. Ötən mövsüm 1/4 finaladək irəliləmişik. Bu il ən azı eyni nəticəni təkrarlamalıyıq. Bunun üçün ilk növbədə qarşıdakı iki ev oyununda qələbə qazanıb, qrup mərhələsini adlamalıyıq” - deyə Əmrə vurğulayıb.
O, baş məşqçi Luis Araqonesin onu düzgün mövqedə oynatmamağından da gileylənib: “Mən adət etdiyim mövqedə yer almamışdım. Matça sağ cinahda başlasam da, mərkəzdə mübarizə aparmağa çalışdım. Yalnız fasilədən sonra baş məşqçi mənə mərkəz xəttinə yaxın oynamağı tapşırdı. Hər halda, istənilən oyunu göstərə bilməmişəmsə, bu, mənim səhvimdir”.

0
0