“Xəzər-Lənkəran” “Şəfa”ya köçür
18.09.2008 - 11:25
“Xəzər-Lənkəran” “Şəfa”ya köçür
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının VI turunun oyunlarında dəyişiklik edilib. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təqvimə əsasən sentyabrın 27-də Lənkəranda keçirilməsi nəzərdə tutulan “Xəzər-Lənkəran” – MOİK görüşü Bakıda baş tutacaq.
Buna səbəb Lənkəran şəhər stadionunun öt örtüyünün yarasız vəziyyətə düşməsidir. “Xəzər-Lənkəran” və MOİK-in bununla bağlı rəsmi müraciətlərini nəzərə alan Azərbaycan Peşəkar Futbol Liqası hər iki klubun razılığına uyğun olaraq matçın “Şəfa”da keçirilməsi haqda qərar çıxarıb.
Belə olan halda, MOİK ilk dövrədəki oyunda nominal meydan sahibi olacaq. Qarşılıqlı razılığa görə, ikinci dövrə çərçivəsində 2009-cu il martın 21-də MOİK – “Xəzər-Lənkəran” oyunu Lənkəran şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, komandalar ilk dövrədə təqvimdə nəzərdə tutulduğu sentyabrın 27-də yox, bir gün əvvəl görüşəcək. Buna səbəb MOİK kimi ev oyunlarını “Şəfa”da keçirən “Olimpik”in 27-də “Standard”ı qəbul etməsidir.
0