Pivə şüşəsindən istifadə edən futbolçu həbs olunub
18.09.2008 - 12:27
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Şimali Kiprdə futbolçu həbs olunub. “APA-Sport”un məlumatına görə, Qazımağusa bələdiyyəsində keçirilən futbol matçlarının birində yaşanan qalmaqal polisin müdaxiləsi ilə nəticələnib. İki komanda arasında düşən dava-dalaş zamanı Harun Gürcan əlinə keçən pivə şüşəsini rəqibin heyətində çıxış edən oyunçunun başına çırpıb. Boğazında 15 santimetrlik kəsik olan Abdulbaki Kayanın həyatı təhlükədə olmasa da, Harun istintaqa cəlb olunub. Araşdırmaların sona çatdırılması üçün onun üç günlük polis nəzarətində saxlanması qərara alınıb.
0
0