Tarixdə ilk xoşagəlməz hadisə
18.09.2008 - 13:02
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstan Futbol Federasiyası “Botev” klubunu cəzalandırıb. “APA-Sport”un məlumatına görə, buna komanda azarkeşlərinin “Levski” ilə oyun zamanı tribunada irqçi plakat açması səbəb olub. Federasiya meydan sahiblərinin hesabından üç xal silib. 27 min ABŞ dolları cəzaya məruz qalan “Botev” növbəti “ev” matçını boş tribunalar önündə keçirəcək.
Qeyd edək ki, bu Bolqarıstan futbolunun tarixində ilk xoşagəlməz hadisədir.
Qeyd edək ki, bu Bolqarıstan futbolunun tarixində ilk xoşagəlməz hadisədir.
0
0