Bakı çimərliyində ilk sensasiya
18.09.2008 - 14:46
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Mərdəkanda yerləşən “Dalğa” İstirahət Mərkəzində çimərlik futbolu üzrə Avropa kuboku start götürüb. “APA-Sport”un məlumatına görə, yarışda 6 komanda - Azərbaycan, İsveçrə, İngiltərə (A qrupu), eləcə də İtaliya, İspaniya və Norveç (B qrupu) mübarizə aparır.
Turnirin ilk günündə iki matç baş tutub. İtaliya və Norveç yığmaları arasında keçirilən qarşılaşma sensasiya ilə nəticələnib. Belə ki, son dünya çempionatının gümüş mükafatçısı italiyalılar Skandinaviya təmsilçisinə 3:4 hesabı ilə uduzublar. İsveçrə komandası isə gözlənildiyi kimi, İngiltərəni böyük hesabla üstələyib - 8:3.
Azərbaycan milli komandası Avropa kubokunda sabah debüt edəcək. Yığmamız birinci görüşünü İngiltərəyə qarşı keçirəcək. Sentyabrın 20-də Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri isveçrəli həmkarları ilə qüvvələrini sınayacaqlar. Yarış sentyabrın 21-də başa çatacaq.

0
0