Rasim Kara “Olimpik”ə mesaj göndərdi
18.09.2008 - 16:23
Rasim Kara “Olimpik”ə mesaj göndərdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Olimpik”lə ötən mövsümkü görüşü yaxşı xatırlayıram. Həmin matç çempionatın bəzəyinə çevrildi və mənim üçün uğurlu oldu. Qarşıdakı oyunun da maraqlı keçəcəyini düşünürəm”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Olimpik”lə görüşəcək “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Ötən mövsüm “Qarabağ”ın sükanı arxasında olarkən “Olimpik” üzərindəki qələbəylə rəqibi çempionluqdan məhrum edən 58 yaşlı türkiyəli mütəxəssis bildirib ki, işini vicdanla görür: “Məğlub olmağı xoşlamıram. Hətta nərd oynayanda da uduzmağı sevmirəm, qaldı ki, futbol ola”.

R.Karanın bildirdiyinə görə, “Olimpik”lə görüşdə ancaq üç xal haqda düşünəcək: “Yeni komanda yaradırıq və hər bir rəqiblə oyuna qələbə qazanmaq üçün çıxırıq. Fikrimcə, rəqib yaxşı heyətə malik olsa belə, sonda üç xalı biz qazanacağıq”.


0