Roberto Karlos çətinliklə üzləşdi
18.09.2008 - 16:27
Roberto Karlos çətinliklə üzləşdi
Bakı. Kənan Həsənov - APA-Sport. “Rəqib ilk hissədə yaxşı oynadı. Üstünlüyü onlara verdiyimizə izah tapmaqda çətinlik çəkirəm. Bunu oturub düşünməmiz lazımdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin start matçında “Portu” ya uduzan Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Roberto Karlos söyləyib.

Fasilədən sonra üstünlüyü ələ keçirdiklərini deyən braziliyalı legioner bu məğlubiyyətin əvəzini çıxacaqlarını düşünür: “İkinci 45 dəqiqədə daha yaxşı oynadığımızı hamı gördü. Sadəcə, ələ düşən imkanları lazımınca dəyərləndirə bilmədik. Qrupumuzdakı “Dinamo” - “Arsenal” oyununun heç-heçə başa çatması da xeyrimizədir. Artıq İstanbulda keçirəcəyimiz bütün matçlarda qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Türkiyə mətbuatı 35 yaşlı Karlosu bu görüşün ən zəif oyunçuları sırasına aid edib.
0