“Beşiktaş”ın bəxti gətirdi
19.09.2008 - 09:32
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Müəyyən mənada bəxtimiz gətirdi ki, qalib gəldik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Ərtoğrul Sağlam deyib. UEFA kubokunun birinci mərhələsinin ilk oyununda Ukraynanın “Metallist” klubunu 1:0 hesabı ilə məğlub edən türkiyəlilərin çalışdırıcısı yetirmələrindən razı qalıb: “Bəzi məqamları nəzərə almasaq, komandam bütün tapşırıqları yerinə yetirdi. Oyunçularımdan razı qaldım, onlar qol vura bildi və buraxmadı. Rəqib çox yaxşı oynayırdı. İndi bizə səfərdə oynamaq asan olacaq. Çünki “Metallist” hücum etməlidir. Minimal hesablı qələbə bizim üçün uğurdur. Hər matça fərqli hazırlaşırıq. Oyunumuzda qanunauyğunluq axtarmağa dəyməz. Biz həmişə fərqli oynayacağıq”.
0
0