Sərvətdən hücumçulara sərt ittiham
19.09.2008 - 10:24
Sərvətdən hücumçulara sərt ittiham
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun üzvü Sərvət Çətin UEFA kubokunun qrup mərhələsində startdan razı qalmayıb. “APA-Sport”un məlumatına görə, təcrübəli müdafiəsi İsveçrədə yerli “Bellinzona” klubu ilə səfər matçında bağışlanılmaz səhvlər buraxdıqlarını bildirib: “Sözün düzü, hesabdan o qədər də məmnun qalmadıq. Diqqətli olsaydıq, böyük hesabla qalib gələ bilərdik. Üç qol buraxmağımız isə düşündürücü məqamdır”.
Müdafiəyə lazımi diqqət yetirilmədiyini deyən Sərvət bəzi komanda yoldaşlarını günahlandırıb: “Hücuma böyük qüvvə ilə atılırıq. Bu səbəbdən müdafiədə boşluqlar yaranır. Bəzi futbolçular topu itirdikdən sonra geri qayıtmırlar. Daha diqqətli olmağımız lazımdır”.
0