Prezident Roberto Karlosa irad tutdu
19.09.2008 - 10:40
Prezident Roberto Karlosa irad tutdu
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım Roberto Karlosu tənqid edib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın rəhbəri braziliyalı legionerin etimadı doğrultmadığını deyib: “Zəngin təcrübəyə və karyeraya sahib olsa da, meydanda heç nə edə bilmir. Karlos komandanın lideri olmalıdır. Amma hələ də lazımi xeyri vermir”.
Karlosdan çox şey gözlədiyini bildirən Yıldırım onun qısa zamanda toparlanacağına inandığını qeyd edib.
0