Qonşuların mərkəzi görüşü
19.09.2008 - 12:34
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan Premyer Liqasında V turun oyunları start götürəcək. “APA-Sport”un məlumatına görə, turun mərkəzi matçı turnir cədvəlindəki qonşu klublar - “Bakı” və “Karvan” arasında olacaq. Cari mövsümdə qol buraxmayan paytaxt komandası vahid liderliyi ələ keçirmək üçün yaxşı imkana malikdir. Belə ki, bakılılar indiyədək Yevlax təmsilçisinə öz meydanında uduzmayıb.
İndiyədək böyük rezonans doğuran və daha çox “qardaş komandalar” kimi ad çıxaran “Simurq” - “İnter” matçı Peşəkar Futbol Liqasının nəzarətində olacaq. Nəticənin əvvəlcədən razılaşdırıldığı söylənilən bu qarşılaşmaya xüsusi nümayəndə heyəti göndəriləcək ki, bu məqsədlə AFFA-nın Ekspert və Apelyasiya Komissiyasının üzvləri və çəkiliş qrupu Qaxa ezam olunacaqlar. Matçın gedişinə nəzarət edəcək həmin şəxslər qayıdandan sonra rəhbərliyə hesabat verəcəklər.
Turun ən maraqlı görüşlərindən birində isə “Olimpik” indiyədək məğlub edə bilmədiyi “Xəzər-Lənkəran”la qarşılaşacaq. “Neftçi”nin almaniyalı yeni baş məşqçisi Hans-Yurgen Gede autsayder “Turan”la Tovuzdakı oyunda debüt edəcək.
NBC - MOİK görüşü qonaq komandanın üç oyunçusunun yığmaların heyətində yer alması səbəbindən noyabrın 26-na təxirə salınıb.
20 sentyabr
“Olimpik” – “Xəzər-Lənkəran”
Baş hakim: Anar Niyazov
Bakı. “Şəfa” stadionu. Saat 18:00
“Qəbələ” – “Qarabağ”
Baş hakim: İmanxan Sultani
Qəbələ. Şəhər stadionu. Saat 16:30
21 sentyabr
“Standard” – “Bakılı”
Baş hakim: Vüsal Əliyev
Bakı. “Şəfa” stadionu. Saat 17:00
“Bakı” – “Karvan”
Baş hakim: Zöhrab Qədiyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
“Simurq” – “İnter”
Baş hakim: Əfqan Həmzəyev
Qax. Şəhər stadionu. Saat 16:30
“Turan” – “Neftçi”
Baş hakim: Anar Salmanov
Tovuz. Şəhər stadionu. Saat 16:30
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano (hər ikisi “Xəzər-Lənkəran”) – 3.

| komandalar | o | q | h | m | t | x |
1 | Simurq | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
2 | Bakı | 4 | 3 | 1 | 0 | 4-0 | 10 |
3 | Karvan | 4 | 3 | 0 | 1 | 6-2 | 9 |
4 | Xəzər-Lənkəran | 4 | 3 | 0 | 1 | 10-3 | 9 |
5 | Olimpik | 4 | 2 | 2 | 0 | 5-3 | 8 |
6 | Qəbələ | 4 | 2 | 1 | 1 | 8-3 | 7 |
7 | İnter | 4 | 1 | 3 | 0 | 5-2 | 6 |
8 | Standard | 4 | 2 | 0 | 2 | 4-7 | 6 |
9 | Neftçi | 4 | 1 | 1 | 2 | 1-2 | 4 |
10 | Qarabağ | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
11 | MOİK | 4 | 1 | 0 | 3 | 2-5 | 3 |
12 | NBC | 4 | 1 | 0 | 3 | 4-8 | 3 |
13 | Turan | 4 | 0 | 0 | 4 | 1-11 | 0 |
14 | Bakılı | 4 | 0 | 0 | 4 | 3-9 | 0 |
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano (hər ikisi “Xəzər-Lənkəran”) – 3.
0
0