Ziko Araqonesə məsləhət verdi
19.09.2008 - 12:42
Bakı. Kənan Həsənov - APA-Sport. “Rəqib meydanında tək hücumçu ilə oymaq düzgün addımdır. Amma vəziyyətə uyğun alternativ planlar da olmalıdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko söyləyib.
“Fənərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsində “Portu” ilə oyununu dəyərləndirən braziliyalı mütəxəssis səbirli olmağı məsləhət görüb. Dünya çempionu zədəli futbolçular sıraya döndükdən sonra vəziyyətin düzələcəyini bildirib: “Komandanı tərk edən Aurelionun yeri hələ çox görünəcək. Deyvidin və Semihin zədəli olması da böyük itkidir. Quiza hesab arasında fərqi azaltdıqdan sonra daha bir neçə imkan olsa, bunu dəyərləndirə bilmədilər. Komandanın mövsümə yaxşı başlamadığı faktdır. Amma bir az səbirli olmaq lazımdır. Mənim dönəmimdə olduğu kimi Araqones və yetirmələrinə dəstək verilməlidir”
“Fənərbaxça”nın qrupdan çıxa biləcəyini vurğulayan Zikonun fikrincə, bunun üçün komandanın yetərli potensialı var.

0
0