Bloxin azərbaycanlı futbolçunu söyüb
19.09.2008 - 12:50
Bakı. Mehman Süleymanov - APA-Sport. “Baş məşqçi Oleq Bloxin oyundan sonra paltardəyişmə otağında bizi bərk söydü”. “APA-Sport”un məlumatına görə, bunu Moskvanın eyniadlı klubunda çıxış edən soydaşımız Aleksandr Səmədov deyib.
UEFA kuboku çərçivəsində “Kopenhagen”ə uduzduqları (1:2) matçda komandasının yeganə qolunu vuran 25 yaşlı yarımmüdafiəçi zəif çıxışlarına izah tapa bilməyib: “Nədənsə qapımızdan top buraxandan sonra oynamağa başlayırıq və yenə belə oldu. Hesabda geri düşdüyümüz üçün Bloxin fasilədə cinahlarda hücumu gücləndirmək tapşırığı verdi. Evdə uduzmamaq üçün tarazlığı bərpa etməli idik. 90-cı dəqiqədə vurduğum qoldan sonra qələbə topuna da imza atmaq istədik. Ancaq bunun əksi oldu”.
Qeyd edək ki, Rusiya yığmasında çıxış edən Aleksandrın atası əslən Gəncə şəhərindəndir.

0
0