Azərbaycan yığmasının Avropa çempionatında oyunlarının təqvimi
19.09.2008 - 13:08
Azərbaycan yığmasının Avropa çempionatında oyunlarının təqvimi
Bakı – APA-Sport. Sentyabrın 22-dən 27-dək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Polşada Avropa çempionatının seçmə mərhələ oyunlarına qatılacaq. “APA-Sport”un AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamız ilk matçını sentyabrın 22-də Bolqarıstana qarşı keçirəcək. İki gün sonra rəqib Çernoqoriya, sentyabrın 27-də isə Polşa yığması olacaq.

Azərbaycan - Bolqarıstan
22 sentyabr. Saat 19:00. Qrudziadz şəhəri. “Olimpiya” stadionu
Baş hakim: Lars Kristoffersen (Danimarka)

Azərbaycan - Çernoqoriya
24 sentyabr. Saat 18:00. Şubin şəhəri. “Urban” stadionu
Baş hakim: Pavel Olsiak (Slovakiya)

Polşa - Azərbaycan
27 sentyabr. Saat 14:30. Şubin şəhəri. “Urban” stadionu
Baş hakim: Lars Kristoffersen (Danimarka)

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib
0