19 komandadan 380 həvəskar futbolçu
19.09.2008 - 13:52
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Sahəsi çox kiçik olan Bəhreyn adasında 1 milyona yaxın əhali yaşayır. Təsəvvür edin ki, ölkənin cəmi 19 həvəskar komandası var”. “APA-Sport”un məlumatına görə, bu sözləri Bəhreyn milli komandasının baş məşqçisi Milan Maçala deyib.
Oktyabrın 15-də Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündən öncə 65 yaşlı çexiyalı mütəxəssis Bəhreyn futbolu haqda ümumi təsəvvür yaradıb. Maçalanın Çexiya mətbuatına bir müddət əvvəl verdiyi müsahibə bizim üçün tapmaca olan Bəhreyn futbolunun “iç üzü”nü açmağa imkan yaradır: “Bəhreyndə demək olar, 380 həvəskar futbolçu var. Mən də onlardan milli komanda formalaşdırmalı oluram. Yaxşı ki, Qətər və Səudiyyə Ərəbistanında çıxış edən 13 legionerimiz var. Yığmadakı peşəkarlar da yalnız onlardır”.
1989-cu və 1990-cı illərdə Çexoslovakiyada ilin məşqçisi seçilmiş Maçala Asiyada işləməyin çox çətin olduğunu etiraf edib: “Çünki qitənin ərazisi böyük olduğundan uzun məsafələr qət etməli oluruq. Bilmirsən ki, oyunçuları rəqiblə mübarizəyə hazırlayasan, yoxsa iqlimə uyğunlaşasan. Dünya və Asiya çempionatının seçmə mərhələləri üst-üstə düşdüyündən, tərəddüd içində qalırsan. Hətta elə olur ki, həftə ərzində çərşənbə günü bir, şənbə günü digər turnirin seçmə oyununu keçirirsən”.

0
0