Berti Foqts UEFA prezidenti ilə görüşə gedir
19.09.2008 - 14:55
Bakı. Mehman Süleymanov - APA-Sport. Sentyabrın 22-də Avstriya paytaxtı Vyanada UEFA-nın növbəti toplantısı olacaq. “APA-Sport”un məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platini iclasa 52 ölkənin milli komandasının baş məşqçisini dəvət edib. Onların arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da var. Bir həftə öncə vətəni Almaniyaya yollanan Foqts oradan Avstriya paytaxtına yollanacaq.
Görüş milli komandaların çalışdırıcıları üçün nəzərdə tutulsa da, Platini Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqonesi də toplantıya dəvət edib.
Görüş milli komandaların çalışdırıcıları üçün nəzərdə tutulsa da, Platini Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqonesi də toplantıya dəvət edib.
0
0