Azərbaycan futbol yığması İngiltərəni məğlub etdi
19.09.2008 - 15:29
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın çimərlik futbolu üzrə milli komandası ilk rəsmi görüşünü qələbə ilə başa vurub. “APA-Sport”un məlumatına görə, braziliyalı mütəxəssis Qustavo Enrike Zlokkovik Silvanın çalışdırdığı yığmamız Bakıda təşkil olunan Avropa kubokunda İngiltərəni məğlub edib - 3:1. Komandamızdan qolların ikisini Zeynal Zeynalov, digərini Hikmət Bağırov vurub. Bağırov dünən İspaniyaya 2:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə də fərqlənib. İspanlar isə bu gün keçirilən qrupun digər oyununda Norveçi darmadağın edib - 10:1.
Azərbaycan yığması ikinci rəsmi matçını sabah 15:15-də İsveçrəyə qarşı keçirəcək.
Azərbaycan yığması ikinci rəsmi matçını sabah 15:15-də İsveçrəyə qarşı keçirəcək.
0
0