Lemann məşqə vertolyotla gəldi
19.09.2008 - 15:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya milli komandasının sabiq qapıçısı Yens Lemann məşqə getmək üçün 1000 avro xərcləyib. “APA-Sport”un məlumatına görə, Yens şərəfini qoruduğu “Ştutqart” klubunun hazırlığına gecikməmək üçün vertolyot sifariş edib. Vertolyotla 250 km məsafənin qət edən 39 yaşlı qapıçı bu bahalı səfər üçün təkcə 1000 avro ödəməklə canını qurtarmayıb. Belə ki, bazanın yerləşdiyi Berq şəhərinin əhalisi vertolyot səsinin onlara narahatçılıq yaşatdığından şikayətlənib. Cəmi 8200 əhalisi olan şəhərin meri Lemanla görüşərək, ona bir də belə etməməyini tapşırıb.
0
0