UEFA hakimin səhvini düzəltdi
19.09.2008 - 15:57
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” və Danimarkanın “Olborq” klubları arasında keçirilən oyunda baş verənlərlə bağlı qərar çıxarıb. “APA-Sport”un məlumatına görə, Qlazqoda baş tutan matçın italiyalı baş hakimi Matteo Trefollininin danimarkalı Maykl Beşama göstərdiyi qırmızı vərəqə ləğv olunub. Belə ki, Matteo oyunun 79-cu dəqiqəsində rəqibə qarşı kobudluq edən Mikael Yakobseni ikinci sarı vərəqəyə görə meydandan qovmalı olsa da, qırmızı vərəqəni Beşama göstərib. Yakobsen isə matçı sonadək davam etdirib. UEFA-ya hakimdən şikayət edən “Seltik”in müraciətinə baxılaraq bir oyunluq cəza Beşamın üzərindən götürülüb. Əvəzində Yakobsen bir oyunluq ÇL-dən kənarlaşdırılıb. Trefollininin hansı cəzaya məruz qalacağını isə UEFA Hakimlər Komitəsi müəyyənləşdirəcək.
0
0