Futbolçular meydana “mini yubka”da çıxacaqlar
19.09.2008 - 16:24
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Hollandiyanın qadınlardan ibarət futbol komandaları bundan sonra meydana “mini yubka” ilə çıxacaq. “APA-Sport”un məlumatına görə, əvvəllər xanımlara şortiklə oynamağa icazə verilsə də, Hollandiya futbol başbilənləri oyunçuların təzyiqi ilə üzləşərək, bu qərarı qəbul edib.
Belə ki, qadınlar şortiklə oynamayacaqlarını, onlara daha rahat olan “yubka”da çıxış etmək istəyini tələb şəklində qoyub. Bu yeniliyin qadın futbolunu daha cəlbedici edəcəyi gözlənilir. Ehtimallara əsasən, bundan sonra həm stadionlarda, həm də televiziyada bu yarışlar daha çox azarkeş toplayacaq.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter hələ 2004-cü ildə qadın futbolçuların daha qısa, daha cəlbedici geyinməsi ideyası ilə çıxış etmiş və ciddi tənqidlərə məruz qalmışdı.

0
0