“Qalatasaray” İsveçrə yığmasının futbolçusunu transfer edəcək
19.09.2008 - 16:28
Bakı. Kənan Həsənov - APA-Sport. Qarşısına UEFA kubokunun finalına yüksəlməyi məqsəd qoyan “Qalatasaray” heyətini qış fasiləsində gücləndirəcək. “APA-Sport”un məlumatına görə, komanda rəhbərliyinin transfer etməyə hazırlaşdığı futbolçu türkdür.
Belə ki, “Qalatasaray”ın Futbol Şöbəsinin müdiri Haldun Üstünəl “Bellinzona” ilə oyunu stadionda canlı izləyən İsveçrə yığmasının üzvü Eren Derdiyokla danışıq aparıb. Avropa çempionatının final mərhələsində Türkiyəyə qarşı da mübarizə aparan gənc futbolçu “Qalatasaray”a məmnuniyyətlə gələcəyini açıqlayıb.
Qeyd edək ki, Dediyok hazırda İsveçrənin “Bazel” klubunda çıxış edir.

0
0