Hacievski faktdan xəbərsizdir
19.09.2008 - 17:21
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ötən mövsümlə müqayisədə xeyli güclənən “Karvan”ı ciddi rəqib sayıram. Bu komandanın xüsusilə hücum xətti təhlükəlidir”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.
Premyer Liqanın növbəti turunda qarşılaşacaqları “Karvan”ın səfər meydanında “Bakı”nı indiyədək məğlub edə bilməməsi faktından xəbərsiz olan Hacievskinin sözlərinə görə, bu sindrom onun üçün əhəmiyyətsizdir: “Açığı, bu faktı bilmirdim. Digər tərəfdən, “Karvan”ın səfərdə keçirdiyi oyunlarda sindromu məni maraqlandırmır. Sindrom bu gün var, sabah olmaya da bilər. Statistikanı arxa plana keçirib, əsas diqqəti oyuna hazırlığa yönəltmək lazımdır”.
Hacievskinin fikrincə, “Karvan”la oyun böyük əhəmiyyət kəsb edəcək. Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd vahid liderliyi ələ keçirməkdir: “Antalyadakı hazırlıqdan sonra komandanın vəziyyəti yaxşılaşıb. Premyer Liqada lider olmağa layiqik və bunu reallaşdırmaq istəyirik. Bu mənada qarşıdakı hər bir oyun bizim üçün əhəmiyyətinə görə ölkə kubokuna finalına bərabərdir”.

0
0