Futbol meydanında hakimləri daş-qalaq elədilər
20.09.2008 - 10:53
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Panamerikan kubokunun birinci mərhələsində Çilinin “Universidad Katolika” və Paraqvayın “Olimpiya” komandaları arasında keçirilən oyun 85-ci dəqiqədə dayandırılıb. “APA-Sport”un məlumatına görə, buna səbəb azarkeşlərin hakimləri daş-qalaq etməsi olub. Hesab 2:2 olarkən tamaşaçıların əllərinə keçən daş və digər ağır əşyaları meydana atması hakimlərdən birinin ciddi xəsarət alması ilə nəticələnib.
Daşlardan biri başına dəyən boliviyalı yan xətt hakimi Xorxe Kalderon huşunu itirmiş vəziyyətdə xərəkdə stadiondan çıxarılıb. Qarşılaşmanın digər iştirakçıları isə polisin müşayiəti ilə qalxanların altında arenanı tərk edib.
Qeyd edək ki, polis hakimə ciddi xəsarət yetirən azarkeşi tapa bilməyib.

0
0