Adnan Polad Skibbedən hesabat istəyir
20.09.2008 - 11:32
Adnan Polad Skibbedən hesabat istəyir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi almaniyalı baş məşqçisi Mixael Skibbedən ciddi narazıdır. “APA-Sport”un məlumatına görə, son vaxtlar mütəxəssisə dəstək olan klub prezidenti Adnan Polat da ona qarşı çıxıb. İndi prezident də baş məşqçidən UEFA kubokundakı çıxışın hesabını istəyir.

İsveçrənin “Bellinzona” komandasını 4:3 məğlub etməsindən məmnun qalmayan klub rəhbərliyi Skibbedən bir çox suallara cavab almaq niyyətindədir. Polat almaniyalı məşqçidən İsveçrədə üç qol buraxan komandanın müdafiəsindəki acizliyin, həmçinin zədəli futbolçuların sayının niyə gündən-günə artmasının səbəblərini öyrənmək istəyir.
0