Maradonanın rekordu qırıldı
20.09.2008 - 11:52
Maradonanın rekordu qırıldı
Bakı. Mehman Süleymanov – APA-Sport. Dünya futbolunun əfsanəvi Dieqo Maradonanın rekordu qırılıb. “APA-Sport”un məlumatına görə, ukraynalı Nikolay Kutsenko topu 850 min dəfə çiləməklə, 48 yaşlı argentinalı dünya çempionunun rekordunu təzələyib. Əslən Xarkovdan olan N. Kutsenko bunu 2012-ci il Avropa çempionatının Ukraynada keçirilməsinə dəstək məqsədilə baş tutan aksiyada edib.

Kiyevdən Varşavaya 17 gün davam edən 900 kilometrlik marafonda Kutsenko da daxil olmaqla, 15 nəfər iştirak edib. Rekordçudan fərqli olaraq, qalan 14 şəxs əlil olduğundan arabada hərəkət edib. İştirakçılar hər gün 42 kilometr yol qət edərkən, Kutsenko fasiləsiz topu çiləyib. Ümumilikdə topu 850 min dəfə çiləyən ukraynalı bununla Maradonanın rekordunu qırıb. Belə ki, Dieqo başla topu təxminən 7 min dəfə çiləyib.

Ukraynalının göstəricisinin Ginnesin Rekordlar Kitabına düşməsi üçün rəsmi müraciət olunacaq.
0