Valentin Xodukin Azərbaycan çempionatında danışılmış oyunların olduğunu açıqladı
20.09.2008 - 12:44
Bakı. Mehman Süleymanov – APA-Sport. ““Simurq”la səfər oyununa hazırlığımız bu gün başa çatdı. Qaxa döyüşkən heyət aparıram. Sabahkı görüşdə meydana yalnız qələbə üçün çıxacağıq”. Bunu “APA-Sport”a açıqlamasında son Azərbaycan çempionu olan Bakının “İnter” futbol komandasının baş məşqçisi Valentin Xodukin deyib. 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, Premyer Liqanın növbəti turu çərçivəsində sabah Qaxda qonağı olacaqları “Simurq”u kənar amillər, xüsusilə də hakim səhvi olmadan məğlub etmək gücündədirlər: “Sözsüz ki, rəqibin lider olması motivasiyanı daha da artırır. Digər tərəfdən, “Simurq”un liderliyi haqda danışmaq hələ tezdir. Çünki bu komandanın yalnız “Neftçi” ilə ciddi sınağı olub. Ona qalsa, “Simurq”la liderliyi bölüşdürən “Bakı”nın gücünün xeyli artdığını söyləmək daha düzgündür”.
İstənilən halda “Simurq”u ciddi rəqib hesab edən “İnter”in baş məşqçisi yalnız qələbəyə köklənib: “Çünki 4 turdan sonra xal itkisi limitimiz tükənmək üzrədir. Səfərdə oynasaq belə, heç-heçə bizi qane etmir. Bu mənada bir sıra taktiki yeniliklər hazırlamışam”. “Simurq”u yaxşı tanıdığını deyən Xodukin orada bir neçə həmyerlisini yer aldığını, hücumçulardan Ramin Nəsibov və Elşən Məmmədovun “İnter”də rəhbərliyi altında çıxış etdiyi xatırladıb: “Komandanı çalışdıran həmyerlim Roman Pokoranın məşqçilik bacarığına, komandasının oyun üslubuna yaxşı bələdəm. Ancaq bütün bunlar “qardaş komanda” kimi qələmə verilən “İnter”lə “Simurq”un oyunlarının danışılmış olması demək deyil. Ümumiyyətlə, belə nağıllar xoşuma gəlmir. Çempionatı keçirən qurumun nümayəndələri bizim görüşə nəzarət etmək istəyirsə, buyurub stadiona gəlsinlər. Danışılmış, şübhəli oyundan söhbət gedirsə, bu, ötən mövsüm olub. Hətta elə matç olub ki, tribunada yer alan sıravi azarkeş də nəticənin razılaşdırıldığını görərək, bunu gülüşlə qarşılayıb”.
Qeyd edək ki, Premyer Liqanı keçirən Azərbaycan Peşəkar Futbol Liqası “Simurq” - “İnter” oyununa xüsusi nəzarət komissiyası göndərəcək.

0
0