Şarliya 585-ci dəqiqədə dayandı
22.09.2008 - 09:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubunun xorvatiyalı qapıçısı Marko Şarliyanın quru seriyası qırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunadək qapısını toxunulmaz saxlayan 26 yaşlı futbolçu “Karvan”la matçda 3 qol buraxıb. Qarşılaşmanın 11-ci dəqiqəsində Vüqar Nadirovun vurduğu top həm “Bakı”, həm də Şarliyanın cari mövsümdə qapısında gördüyü ilk qol olub.
“Bakı”nın heyətində ilk 4 çempionat matçında üst-üstə 360 quru dəqiqə keçirən Şarliya əvvəlki klubunu da seriyası qırılmadan tərk etmişdi. Xorvatiyanın “İnter” komandasında çıxış etdiyi vaxt o son qolunu 33-cü turun “Osiyek”lə matçında buraxıb. Həmin görüşün son 34 dəqiqəsi, həmçinin növbəti iki qarşılaşmanın hər birində 90 dəqiqə Marko qapısını toxunulmaz saxlayıb. Çempionatın 33 turu bitəndən sonra güclülər dəstəsində qalmaq üçün pley-off oynamalı olan “İnter” məhz qapıçısının iki oyunda qol buraxmamağı sayəsində güclülər dəstəsində yerini qoruyub. Vətənindən 214 dəqiqəlik seriya ilə ayrılan futbolçu “Bakı”da bu rəqəmə daha 371 dəqiqə əlavə edərək 585-də dayanıb.

0
0