Filip Kirkorov Arşavini yanına çağırır
22.09.2008 - 10:26
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Rusiya yığmasının və “Zenit” klubunun hücumçusu Andrey Arşavinə yeni təklif gəlib. “APA-Sport”un məlumatına görə, 26 yaşlı futbolçunu mahnı oxumaq üçün səhnəyə dəvət edirlər. Belə ki, rusiyalı müğənni Filip Kirkorov Arşavinlə duet oxumaq istəyir: “Eşitmişəm ki, Arşavin oxumağı yaxşı bacarır. Hətta o, mənimlə birgə çıxış etməyin əleyhinə olmadığını da bildirib. Mən də bu fikirlə tam razıyam. İndi fiqurlu konkisürənlərlə artistlərin buz üstündə şouları dəbdədir. Bəlkə də artıq futbol meydanlarında da belə tədbirlərin vaxtı çatıb”.
0
0