Araqones Kazımın atasını məşqdən qovdu
22.09.2008 - 10:28
Bakı. Kənan Həsənov - APA-Sport. Luis Araqones baş məqşçisi olduğu “Fənərbaxça” klubunda ciddi nizam-intizam yaradıb. “APA-Sport”un məlumatına görə, ispaniyalı mütəxəssis futbolçuların təlim-məşq bazasını ziyarət edən yaxınları ilə görüşməsi üçün cəmi 15 dəqiqə vaxt ayırıb. Bu qaydaya əməl etməyənlər isə dərhal qovulurlar. Son belə hadisə komandanın gənc yarımmüdafiəçisi Kazım Kazımın atasının başına gəlib. Oğlunu görməyə gələn Rodni Riçards vaxt limitini pozduğu üçün Araqones tərəfindən qovulub.
0
0