Almaniya 10-cu, Gede 21-ci, Kara 75-ci
22.09.2008 - 11:16
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “Neftçi” klubunun almaniyalı baş məşqçisi Hans Yurgen Gede Azərbaycan Premyer Liqasında debüt edib. “APA-Sport”un məlumatına görə, komandasını ilk dəfə “Turan”la səfər matçına çıxaran Gede adını ölkəmizdə çalışmış əcnəbi mütəxəssislər sırasına yazdırıb.
Almaniyalı Premyer Liqanın tarixi ərzində meydana komanda çıxaran 21-ci legioner məşqçi olub. Gede həm də çempionatda öz ölkəsini təmsil edən ilk mütəxəssis olub.
İndiyədək Premyer Liqada 9 ölkədən çalışdırıcılar komandalara rəhbərlik etmişdi. Türkiyə, Ukrayna, Makedoniya, Çexiya, Gürcüstan, Serbiya, Moldova, Fransa, Xorvatiyanın yer aldığı siyahıya Almaniya 10-cu kimi daxil oldu.
Premyer Liqadakı oyunların sayına görə əcnəbilər arasında lider olan Rasim Kara üçün də 5-ci tur əlamətdar olub. “Xəzər-Lənkəran”a rəhbərlik edən türkiyəli mütəxəssis komandasını 75-ci çempionat matçına çıxarıb. Həm də cənublular Karanın başçılığı altında Premyer Liqada 25-ci dəfə qələbə qazanıb.

0
0