Bekkenbauer: Klinsman, pivə iç!
22.09.2008 - 12:19
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniyanın “Bavariya” klubunun prezidenti Frants Bekkenbauer baş məşqçi Yurgen Klinsmana pivə içməyi məsləhət görüb. “APA-Sport”un məlumatına görə, Bekkenbauer Bundesliqanın son turunda evdə “Verder”ə ağır məğlubiyyətdən (2:5) sonra gənc həmkarına dərdini bir neçə bakal pivə içməklə unutmağı məsləhət bilib.
Pivəni çox sevən almanlar “qəm dəryası”ndan bu yolla çıxmağı üstün tuturlar. “Verder” ilə oyunda aşkar favorit olan “Bavariya” rəqibin heyətində ciddi itkilərdən yararlana bilməyib. Əvəzində münhenlilər oyunun sonuna yaxın hesabda 0:5 geridə imiş.
Qeyd edək ki, bu, “Bavariya”nın öz meydanında keçirdiyi son 20 oyunda ilk məğlubiyyəti olub. Ümumiyyətlə, ölkə çempionu son 29 ildə belə böyük hesabla uduzmayıb.

0
0