“Milan” klubunun əfsanəvi futbolçuları Azərbaycana gəlirlər
22.09.2008 - 12:51
“Milan” klubunun əfsanəvi futbolçuları Azərbaycana gəlirlər
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun əfsanəvi futbolçuları Franko Barezi və Daniel Massaro Azərbaycana gələcəklər. “APA-Sport”un məlumatına görə, Bakının “İnter” klubu İtaliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu olan bu oyunçuları, habelə klubun icraçı meneceri, xanım Françesko Piyetranı Bakıya dəvət edib. Məqsəd “Milan Junior Camp” layihəsinin Bakıda həyata keçirilməsindən ibarətdir.

Bununla bağlı sentyabrın 30-da “Excelsior” otelində italyanların iştirakı ilə mətbuat konfransı keçiriləcək. “Milan Junior Camp” layihəsi “Milan”ın lisenziyalı şirkətidir. İl ərzində orta hesabla 100 mindən çox uşaq və yeniyetmə dünyanın bir çox ölkələrində həyata keçirilən bu layihənin müxtəlif proqramlarına cəlb olunur. Bu, Qafqaz bölgəsində ilk dəfə olaraq Azərbaycanda “İnter”in sponsorluğu ilə həyata keçiriləcək.
0