Milli komandanın futbolçusu oyun zamanı huşunu itirdi
22.09.2008 - 13:01
Milli komandanın futbolçusu oyun zamanı huşunu itirdi
Bakı - APA-Sport. Futbol meydanında növbəti xoşagəlməz hal yaşanıb. “APA-Sport”un məlumatına görə, Belçika çempionatında “Genk” və “Brügge” klubları arasında keçirilən oyunda futbolçu ölüm təhlükəsi ilə üzləşib.

Matçın gedişində “Genk”in qapıçısı, Belçika yığmasının da şərəfini qoruyan Loqan Bailli rəqib komandanın üzvü Yozef Akpala ilə toqquşaraq, huşunu itirib. Ənsə nahiyəsindən zədə alan qapıçı düz 7 dəqiqə özündə olmayıb. Ayıldıqdan dərhal sonra onu xəstəxanaya aparıblar.

Həkimlər Baillini sağaltmaq üçün saat yarım cəhd göstəriblər. Tədricən sağlıq durumu yaxşılaşan futbolçunun həyatını xilas etmək mümkün olub.
0