“Mançester Yunayted”ə hücum etdilər
22.09.2008 - 13:14
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərənin “Mançester Yunayted” klubu hücuma məruz qalıb. “APA-Sport”un məlumatına görə, Premyer Liqanın “Çelsi” ilə səfər oyunundan sonra londonlu azarkeşlər qonaqları Mançesterə aparacaq avtobusa hücum çəkiblər. Öz meydanında əldə olunan 1:1 hesablı nəticədən narazı qalan “Çelsi” fanatlarının bu həmləsi nəticəsində qonaqlara ciddi ziyan dəyməyib. Lakin avtobusa atılan şüşə qab ön şüşənin çatlaması ilə nəticələnib. “Çelsi” rəsmiləri məsələnin araşdırılacağını, günahkarların layiqincə cəzalanacağını söz verib.
Qeyd edək ki, bir il əvvəl də Londonda keçirilən “Çelsi” – “Mançester Yunayted” görüşündən sonra münaqişə yaranmışdı.
Qeyd edək ki, bir il əvvəl də Londonda keçirilən “Çelsi” – “Mançester Yunayted” görüşündən sonra münaqişə yaranmışdı.
0
0