Ərəblər “başsız” qaldı
22.09.2008 - 13:21
Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin yığması “başsız” qalıb. “APA-Sport”un məlumatına görə, buna səbəb komandanın baş məşqçisi Bruno Metsyunun istefa verməsidir. 54 yaşlı fransalı mütəxəssis yetirmələrinin ardıcıl iki oyunda uğursuz çıxışından sonra belə qərara gəlib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində KXDR və Səudiyyə Ərəbistanı komandalarına uduzaraq bu nüfuzlu yarışın final mərhələsinə yüksəlmək şansını azaldıb.

0
0