Harri Kyuell “Qalatasaray”dan gedəcək
22.09.2008 - 14:29
Harri Kyuell “Qalatasaray”dan gedəcək
Bakı. Kənan Həsənov - APA-Sport. “Əvvəl də söylədiyim kimi, 40 yaşınadək futbol oynamağı düşünürəm. Yəqin ki, bu zamanı Türkiyədə keçirməyəcəyəm. Belə bir fikrim yoxdur. Amma “Qalatasaray”ın ölkə daxilində və xaricində uğur qazanmasını istəyirəm. Burada olmamın məqsədi də budur”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun üzvü Harri Kyuell söyləyib.

Bu gün 30 yaşını qeyd edən avstraliyalı futbolçu İstanbulda xoşbəxt olduğunu bildirib. Mövsümlər arası fasilədə İngiltərənin “Liverpul” klubundan transfer olunan Kyuellin fikrincə, “Qalatasaray” heyətinə görə Türkiyənin ən güclü klubudur: “Türkiyəyə gəlməyimin səbəbi ”Galatasaray” və İstanbuldur. Qərar verərkən qətiyyən tərəddüd etmədim. Avropa çempionatında böyük uğur qazanan yığmanın 8 oyunçusu komanda yoldaşımdır. Ona görə də seçimimdən çox razıyam”.
0