Bir xal üçün 25 min funt-sterlinq
22.09.2008 - 15:30
Bir xal üçün 25 min funt-sterlinq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted” klubunu cəzalandırıb. “APA-Sport”un məlumatına görə, Premyer Liqanın “Çelsi” ilə səfər qarşılaşmasında 1 xal qazanan “qırmızı şeytanlar” 25 min funt-sterlinq ziyana düşüb. Buna səbəb Londonda keçirilən qarşılaşmada qonaqların kobud oynamağı olub. “Mançester Yunayted” futbolçularının aldığı 7 sarı vərəqənin cəzasını bu məbləğlə ödəməli olacaq. Hərçənd komandanın baş məşqçisi Aleks Ferqyusson yetirmələrini kobud oynamağı fikri ilə razı deyil: “Oyun sərt məcrada davam edirdi və qayda pozuntuları pis məqsəd daşımırdı. Qaydanı pozan futbolçuların heç biri rəqibi zədələmək niyyəti güdməyib”. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Premyer Liqasında 4 və daha artıq, hətta 7 sarı vərəqə alan komanda cəmi 1000 manat cərimələnir.
0