Berti Foqts: “AFFA-da mənim istefamı istəyənlər var”
22.09.2008 - 17:15
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanda futbol çox populyardır. Lakin bir nömrəli idman növü güləşdir. Bütün günü televiziyada güləş verirlər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Almaniya mətbuatına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
62 yaşlı mütəxəssis 2010-cu il dünya çempionatının sonunadək yığmamızı tərk etmək niyyətində olmadığını bildirib: “Təbii ki, Azərbaycan milli komandasını Almaniya ilə oyuna da özüm çıxaracağam. Müqaviləmin sonunadək, yəni seçmə mərhələ bitənə qədər çalışacağıma heç şübhəm yoxdur. Hamı ilə yaxşı münasibətlərim var. Həm də biz Azərbaycanda missioner funksiyasını yerinə yetiririk. Lixtenşteynlə 0:0 hesablı nəticədən başqa problemlərimiz də var”.
Foqts Azərbaycandakı fəaliyyətini macəraya bənzədir: “Futbolu inkişaf etdirməliyik ki, bu da əsl macəradır. Azərbaycan futbolu Avropadakından ciddi fərqlənir. Əksər futbolçular həyatında ilk dəfə şporlu butslar geyirdi. Biz bu ayaqqabıları Uelslə matçdan üç gün əvvəl almışdıq. Bəzi futbolçular Kardiffdə ömründə ilk dəfə yağış altında oynadı”.
Alman mütəxəssisin fikrincə, AFFA-da da onun istefasını istəyənlər var: “Bizim dünya çempionatının final mərhələsinə çıxmağımızı sadəlövh, heç vaxt oyunlarımıza gəlməyən jurnalistlər gözləyir. Belələri burada çoxdur. Odun üstə yağ tökən insanlar da bundan istifadə edərək istefamı istəyir. Təbii ki, federasiya nümayəndələri arasında da belələri var”.
Azərbaycanda legioner limitinə toxunan Foqts yerli futbolçulara süni məhdudiyyət qoyulmasına narazılığını bildirib: “Biz Almaniyada legioner limitinin 6 olmasını istəyirik. Azərbaycanda isə bu rəqəm demək olar ki, 11-dir. Burada işlər belə gedir. Mənim oyunçularıma “İnter”də də yer tapılmır. Rəsmi olaraq deyirlər ki, onları yığma üçün qoruyuruq. Əslində, bu sayıqlamaqdır. Həm də Azərbaycanda futbolçular az məşq edirlər. Avropa futbolçuları həftədə 25 saat məşq edirsə, Azərbaycanda bu rəqəm 6,5 saatdır”.
Klublarda çalışan həmkarları ilə münasibətlərinin isti olmadığını etiraf edən alman mütəxəssis futbolçuların fiziki durumundan da gileylənib: “Dörd saatlıq yol qət edirəm ki, İran və ya Gürcüstanda bir oyun izləyim. Oyunçularım da bütün bunlardan sonra 60-cı dəqiqədə meydanda yıxılıb qalırlar. Lixtenşteyni ilk hissədə 3:0 və ya 4:0 udmalı olan komandamız görüşün sonlarında rəqibindən zəif təsir bağışlayır”.

0
0